Qara gavalı ilə TOYUQ

Qara gavalı ilə TOYUQ


Hər növ yemək və şirniyyat reseptleri

Qara gavalı ilə TOYUQ

Qara gavalı ilə TOYUQ
Məhsullar:
- 1 kiçik toyuq
- 1 baş soğan
- 3 diş sarımsaq
- 10 ədəd qara gavalı
- duz, istiot, ədviyyatlar (zövqə görə)
- bitki yağı
- 1 stəkan bulyon
Hazırlanması:
1. Qara gavalını qaynar suda isladın ki, yumşalsın.
2. Toyuğu tikələrə doğrayın, duz, istiot, digər ədviyyatları əlavə edin.
3. Soğanı yarım dairələr şəklində doğrayın bitki və kərə yağı qarışığında yumşalana qədər qızardın.
4. Sarımsağı sarımsağəzənlə əzin, qara gavalını uzun-uzun doğrayın, soğana əlavə edin, bir az qızardın.
5. Toyuğu başqa tavada qızardın, üzərinə qızardılmış soğanla qara qavalını əlavə edin, bulyon əlavə edin, tavanın qapağını örtün, vam odda 20 dəqiqə bişirin.
6. Masaya istənilən qarnirlə (kartof, düyü) verə bilərsiniz.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024