Qarğıdalı salatı
Hər növ yemək və şirniyyat reseptleri
Qarğıdalı salatı

Tərkibi:
1. 200 qr toyuq filesi
2. Konservləşdirilmiş qarğıdalı
3. Mayonez
4. 3 ədəd xiyar (turşu)
5. 3 ədəd təbii xiyar
6. 3 ədəd pomidor
7. 3 ədəd bibər
8. 3 ədəd yerkökü
9. Şüyüt
10. Duz, istiot
Hazırlanması:
Hazırlanması çox sadədir. Toyuq filesi qaynadılır. Daha sonra yerköküləri qaynadın. Sonra bütün ərzaqları uzunsov şəkildə doğrayın. Ərzaqları bir qaba tökün, üzərinə duz, istiot əlavə edib mayonezlə qarışdırın.
Nuş olsun!