"Qarışıq Turşu" nun hazırlanması qaydası


Hər növ yemək və şirniyyat reseptleri

"Qarışıq Turşu" nun hazırlanması qaydası

"Qarışıq Turşu" nun hazırlanması qaydası
Qarışıq turşunu hazırlamaq üçün lazım olan ərzaqlar:

1) 4 kq xiyar

2) 6 kq göy bibər

3) 4 kq göy pomidor

4) 4 kq kök

5) 4 kq 4 yerə bölünmüş kələm

6) 5 litr su

7) 250 qr duz

Hazırlanması:

Xiyar, göy bibər, göy pomidor, kök, kələm götürülür, doğranır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun dadını yaxşılaşdırsın.

Üstündən 5 litr suya 250 qram duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər.

Belə turşunu sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır.

Dostlarınızla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026