Qaynadılmış kartofa sirkə əlavə edin, çünki...


Hər növ yemək və şirniyyat reseptleri

Qaynadılmış kartofa sirkə əlavə edin, çünki...

Qaynadılmış kartofa sirkə əlavə edin, çünki...
Kartof qaynadarkən mətbəxdə işinizi asanlaşdıracaq bu üsullarla kartofunuz daha ləzzətli olacaq.

Tatli.Biz xəbər verir ki, kartofları qaynadarkən suyuna bir qaşıq sirkə qoysanız, kartofun dağılmasını əngəlləyəcək.

Qabdakı suyun daşmaması və kartofların çatlamaması üçün vam xodda bişirin.

Bişmə müddətini azaltmaq üçün suyun içərisinə bir qaşıq marqarin əlavə edə bilərsiniz.

Qaynadılmış kartofları asanlıqla soymaq üçün bişirməzdən əvvəl kartofların ortasından dairəvi şəkildə qabığını çəkin.

Kartof qaynayarkən ayrı bir qabda suya buz atın. Qaynamış kartofları bu suda saxlasanız, qabığından daha tez ayıra biləcəksiniz.

Dostlarınızla Paylaş

Saytda 75 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026