Qeyri-adi feyxoa mürəbbəsi
Tatli.Biz

Qeyri-adi feyxoa mürəbbəsi


Hər növ yemək və şirniyyat reseptleri

Qeyri-adi feyxoa mürəbbəsi

Qeyri-adi feyxoa mürəbbəsi
Adətən biz feyxoanı blenderdə əzib və ya ətçəkən maşınından keçirdib şəkər tozu ilə qarışdırırıq.
Sizə təqdim etdiyimiz mürəbbə resepti isə tam fərqlidir. Mürəbbə həm dadlı, həm də çox gözəl alınır. Əsl süfrə bəzəyi!
Lazım olan məhsullar:
Feyxoa - 0,5 kq
Şəkər tozu - 250 qr
Su - 0,5 l
Konyak - 2 ç.q.
Hazırlanması
1. Tam yetişmiş feyxoa götürürük. Feyxoanın qabığını soyuruq (qabıqları atmırıq). Feyxoa çox bərkdirsə, meyvələri iti çəngəllə iki tərəfdən deşirik. Meyvələri soyuq suya qoyuruq ki, rəngi tündləşməsin.
2. Qazanda şəkər tozundan və sudan şirop hazırlayırıq.
3. Hazır siropa feyxoanın qabıqlarını tökürük və 5 dəqiqə ərzində vam odda qaynadırıq. Daha sonra siropu süzgəcdən və ya tənzifdən yaxşı süzürük.
4. Siropa feyxoa meyvələrini tökürük və orta odda 40 dəqiqə ərzində bişiririk. Mürəbbəni vaxtaşırı olaraq qarışdırmaq lazımdır. Hazın olana 1 dəqiqə qalmış mürəbbəyə konyak əlavə edirik.
5. Mürəbbəni steril bankalara yığırıq, dəmir qapaqlarla bağlayırıq, qapaqları aşağı olmaqla süfrənin üstünə düzürük və isti ədyalla bükürük.
Nuş olsun!

Dostlarınla Paylaş

Qeyri-adi feyxoa mürəbbəsi - Hər növ yemək və şirniyyat reseptleri


Qeyri-adi feyxoa mürəbbəsi, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qeyri-adi feyxoa mürəbbəsi, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 173 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021