Qeyri-adi kartof qızartması

Qeyri-adi kartof qızartması


Hər növ yemək və şirniyyat reseptleri

Qeyri-adi kartof qızartması

Qeyri-adi kartof qızartması
Sizə qeyri-ənənəvi üsulla kartof qızartmasının hazırlanma qaydasını təqdim edirik.
Tərkibi:
- 8 kartof
- 50 ml bitki yağı
- duz
- qara istiot
Hazırlanması:
1. Orta böyüklükdə kartofları yuyub qabığını soyun. Az duzlu qaynayan suya salıb 5-7 dəqiqə bişirin.
2. Suyunu süzüb soyudun. Sonra bıçaqla kartofların üzərində dərin olmayan şəbəkə çəkin. Soyuducuda 1 saat saxlayın.
3. Formanı yağın yarısı ilə yağlayın. Kartofları içinə düzüb qalan yağı üzərinə çəkin.
4. 180 C qızdırılmış sobada 40 dəqiqə, arada çevirərək bişirin (tərs çevirmək lazım deyil, sadəcə fırladın ki, kənarları da qızarsın).
5. Hazır kartofun üzərinə duz-istiot səpin.
6. Zövqə görə, üzərinə xırdalanmış sarımsaq və Provans otları səpə bilərsiniz (hətta bunları kartofu sobada qızartmadan öncə üzərinə çəkdiyiniz yağa da qata bilərsiniz).
7. İndi isə kartofun öncədən qaynadılması barədə. Səbəb budur ki, bişmiş nişasta dağılmır, həmçinin kartof həddən artıq şirin olmur.
Nuş olsun!
Milli.az

Dostlarınla Paylaş

Saytda 115 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024