Qeyri-adi kremlə dadlı tort
Tatli.Biz

Qeyri-adi kremlə dadlı tort


Hər növ yemək və şirniyyat reseptleri

Qeyri-adi kremlə dadlı tort

Qeyri-adi kremlə dadlı tort
Məhsullar:
Xəmir:
- 200 qr kərə yağı
- 200 qr şəkər tozu
- 7 yumurta
- 10 qr qabartma tozu
- 400-450 qr un
- 100 qr tünd şokolad
Krem:
- 700 qr süd
- 70 qr manna yarması ("manka")
- 120 qr kərə yağı
- 150 qr şəkər tozu
- 1 limon
Üzərinə tökmək üçün: 1 plitka südlü şokolad
Hazırlanması:
Krem hazırlayırıq: Limonun qabığını sürtgəcdən keçirin, şirəsini sıxın. Süd qaynamağa başlayanda manna əlavə edin, qarışdıra-qarışdıra 10-15 dəqiqə bişirin, soyudun, limon şirəsini və limon sedrasını (qabıq) əlavə edin, qarışdırın. Yağı şəkər tozu ilə qarışdırın, mannalı kütləyə əlavə edin, mikserlə yaxşı çalın. Hazır kremi soyuducuda 1 saat saxlayın.
Xəmir hazırlayırıq: Yağı şəkər tozu ilə qarışdırın, yumurtanı çalın. Yumurta ilə yağlı kütləni qarışdırın, un və qabartma tozunu əlavə edin, yenə ehtiyatla qarışdırın. Xəmiri 2 hissəyə bölün, bir hissəyə əridilmiş şokolad əlavə edin, qarışdırın. 2 cür xəmir alınmalıdır: biri ağ, biri şokoladlı.
Sobanı qabaqcadan 180 C qədər qızdırın, formaya yağ çəkin, xəmirləri ayrı-ayrı 25-30 dəqiqə ərzində bişirin, soyudun.
Hazır korjları 2 hissəyə bölün (4 korj alınacaq - 2 ağ, 2 qara), tortu yığın: şokoladlı korjun üzərinə krem çəkin, ağ korju qoyun, yenə krem çəkin, qara korju qoyun, krem çəkin, üzərinə ağ korju qoyun.
Tortu 8-10 saat saxlayın, üzərinə və böyürlərinə ərdilmiş şokolad şəkin, üzərini zövqünüzə görə bəzəyin.
Nuş olsun!

Dostlarınla Paylaş

Qeyri-adi kremlə dadlı tort - Hər növ yemək və şirniyyat reseptleri


Qeyri-adi kremlə dadlı tort, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Qeyri-adi kremlə dadlı tort, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

whatsapp plus yukle, vplus plus, kodlasdirma, base64 koslasdir, md5 kodlasmasini ac, ip axtar, suya borcunu oyren, qaza borcunu oyren, isiga borcunu oyren, tapmacalar, letifeler, inshalar, xeberler, nagillar, atalar sozleri, aforizmler, online derslikler, Aze plus, Fm WhatsApp Plus yukle, WhatsApp Plus 2021 yukle, Vhacap plus yukle, Azwap plus, Vacap yükle, aile ve usaq, moda, maraqli melumatlar, saglamliq, taninmislar, derman qiymetleri

Saytda 151 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021