Tez hazırlanan səhər yeməklərindən biri də yumurtadır. Onlara qeyri - adi görnüş vermək üçün sizə bir neçə variant təqdim edirik:
1. Uzun nazık sosisi iki hissəyə (uzunluğu boyunca) ayırın. Uclarını əyərək hər iki sonunu diştəmizləyən çöplə birləşdirin. Ürək forması alınacaq. Onu da tavada qızardın. Sonra işərisinə yumurta vurun. Bir neçə dəqiqə qızardın. Üzərinə xırdalanmış pendir səpin. Urək formalı yumurta alınacaq.
2. Qırmızı və yaşıl bolqar bibəri götürün. Onları da haqa şəklində doğrayın, iri halqaları tavada qızardın, sonra içərisinə yumurtanı vurun. Yumurtanı bibərlə bişənə qədər hazırlayın.
3. İri baş soğan götürün. Onu nazik halqalarla doğrayın. 2 - 3 ən iri halqanı (içi boş) bitki yağı tökülmüş tavaya tökün. Hər iki üzünü yumşalana kimi qızardın. Hər soganın ortasına yumurtanı daxil edin. Duzlayın. Bişənə qədər qızardın.Yumurta yumru forma alacaq.