Hər növ yemək və şirniyyat reseptleri
Qışa ASSORTİ SALATI
Çox dadlı, ətirli salat alınır.
Tərkib:
- 4 kq xiyar
- 1 kq baş soğan
- 1 kq bolqar bibəri
- 1 kq kök
- 4 ədəd acı bibər
- 1 iri baş sarımsaq
- yarım stəkan şəkər tozu
- 4 x.q. duz
- 200 qr 9% sirkə
- 200 qr bitki yağı
Hazırlanması:
1. Xiyarı yumru-yumru, bolqar bibəri və soğanı yarım halqalar şəklində, acı bibəri və sarımsağı xıra-xırda doğrayın, kökü sürtgəcin iri gözündən keçirin.
2. Böyük qazana bütün inqrediyentləri tökün, şəkər tozu, duz, sirkə, bitki yağı, 2 stəkan qaynanmış su əlavə edin, yaxşı qarışdırın.
3. Qazanın qapağını örtün, 2 saat ərzində otaq temperaturunda saxlayın. Tərəvəzlər çoxlu şirə buraxacaq.
4. Sonra tərəvəzləri yenə də yaxşı qarışdırın, yarım və ya 1 l-lik bankalar kip yığın, üzərinə qazanda olan şirəni tökün.
5. Bankaların üzərinə qapaqları qoyun, 15 dəqiqə ərzində su ilə dolu qazanda sterilizə edin, sonra isə qapaqları kip bağlayın.
Nuş olsun!