Qışa çox dadlı LOBYA SALATI

Qışa çox dadlı LOBYA SALATI


Hər növ yemək və şirniyyat reseptleri

Qışa çox dadlı LOBYA SALATI

Qışa çox dadlı LOBYA SALATI
Tərkib:
- 1 kq yaşıl lobya
- 1 kq pomidor
- 1/2 (yarım) kq soğan
- 1/2 kq kök
- 1 stəkan bitki yağı
- 1 x.q duz
- 2 x.q. şəkər tozu
- 2 x.q. 9%-li sirkə
- 3-4 diş sarımsaq
- 1 ç.q. istiot
Hazırlanması:
1. Lobyanı təmizləyin, 2-3 hissəyə bölün.
2. Üzərinə qaynar su tökün, 10 dəqiqə bişirin, suyu boşaldın.
3. Soğanı uzun-uzun doğrayın, bitki yağında qızardın.
4. Kökü təmizləyin, sürtgəcdən keçirin, bitki yağında qızardın.
5. Pomidorları yuyun, doğrayın, blenderdən keçirin.
6. Qazana bütün inqrediyentləri qoyun, qaynara düşəndə şəkər tozu, duz, istiot əlavə edin, 20 dəqiqə vam odda bişirin.
7. Sarımsağı sarımsağəzənlə əzin, salata əlavə edin.
8. Sirkə əlavə edin, 5 dəqiqə vam odda qaynadın, isti halda sterilizə olunmuş bankalara doldurun.
9. Dolu bankaları 30-40 dəqiqə (bankanın həcmindən asılıdır) sterilizə edin, qapaqları bağlayın.
Nuş olsun!
Mənbə: povarenok.ru
Tərcümə:

Dostlarınla Paylaş

Saytda 123 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024