Qoz və kişmişlə kəsmikli peçenye | Tatli.Biz
Qoz və kişmişlə kəsmikli peçenye
Hər növ yemək və şirniyyat reseptleri

Qoz və kişmişlə kəsmikli peçenye

Qoz və kişmişlə kəsmikli peçenye
Ərzaqlar:
- 200 qr kəsmik
- 1 stəkan un
- 100 qr kərə yağı
- 2 yumurta
- 1 stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1 ç.q. vanilli şəkər tozu
- yarım stəkan kişmiş
- yarım stəkan qoz
Hazırlanması:
1. Şəkər tozunu kərə yağı ilə mikserlə çalın.
2. Kəsmik və yumurtanı əlavə edin, yaxşı qarışdırın.
3. Un və qabartma tozunu əlavə edin, qarışdırın.
4. Qozu xırda doğrayın.
5. Kişmişin üzərinə qaynar su tökün, bir az saxlayın, sonra salfetin üzərində qurudun.
6. Qozu və kişmişi xəmirə əlavə edin, qarışdırın.
7. Tavaya perqament kağızı sərin, qaşıqla xəmir qoyun.
8. Peçenyeni 200-250 C qədər qızıdrılmış sobada təxminən 20 dəqiqə bişirin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 20 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022