Qozla əncir mürəbbəsi

Qozla əncir mürəbbəsi


Hər növ yemək və şirniyyat reseptleri

Qozla əncir mürəbbəsi

Qozla əncir mürəbbəsi
Qeri-adi əncir mürəbbəsi. Əncirin qabığı çox qalındırsa, onu soymaq lazımdır.
Qoz ləpələri quru tavada qovrulur və qabıqlardan təmizlənir. Hər qoz ləpəsi 2 hissəyə bölünür.
Tərkib:
- 1 kq əncir
- 1 kq şəkər tozu
- yarım stəkan qoz ləpəsi
- 1 limonun şirəsi
Hazırlanması:
1. Əncir yuyulur, lazım olduqda qabığı soyulur.
2. Hər meyvənin içinə qoz qoyun.
3. Ənciri qazana yığın, üzərinə şəkər tozu tökün, 12 saat saxlayın.
4. Daha sonra mürəbbəni vam odda 20 dəqiqə qaynadın, 6 saat saxlayın, yenə 20 dəqiqə qaynadın.
5. Hazır olana yaxın mürəbbəyə limon şirəsini əlavə edin.
6. Hazır mürəbbəni yaxşı sterilizə olunmuş bankalara doldurun, sterilizə olunmuş qapaqlarla bağlayın.  
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024