Qozlu Tort

Qozlu Tort


Hər növ yemək və şirniyyat reseptleri

Qozlu Tort

Qozlu Tort
Tərkibi:

Xama- 1 stəkan
Şəkər tozu-1 stəkan
Yumurta sarısı-2 ədəd
Soda-1/2 çay qaşığı
Kərə yağı- 1 xörək qaşığı (ərinmiş )
Ələnmiş un- 12 xörək qaşığı
Qoz ləpəsi-10-12 ədəd
Duz

Krem üçün:

Şəkər tozu-1 stəkan
Kərə yağı- 100 qr
Yumurta - 2 ədəd

Bir stəkan xama, bir stəkan şəkər tozu, 2 yumurta sarısı, yarım çay qaşığı soda və azca duzu qarışdıra-qarışdıra üzərinə 1 xörək qaşığı ərinmiş kərə yağı, 12 xörək qaşığı ələnmiş un, 10-12 ədəd qozun xırda doğranmış ləpəsini əlavə edin.
Sonra kütləni isidib yağ çəkdiyiniz xüsusi tavaya tökərək sobada, 180 dərəcədə bişirin. Bişəndən sonra onu soyumaq üçün başqa bir səthi düz boşqaba qoyun.

Kremin hazırlanması:
Bir stəkan şəkər tozu ilə 100 qr kərə yağı və 2 yumurtanın sarısını mikserlə qarışdırın, yumurta ağını (2 ədəd) da ayrıca, 2-3 çay qaşığı şəkər tozu ilə şişib qatı köpük şəklinə düşənəcən qarışdırın. Sonra onları birləşdirin.

Tamam soyumuş tortun üzərinə yarım stəkan üzüm üzüm şirəsi ilə 2 çay qaşığı şəkər tozundan bişirilmiş şərbət gəzdirin. Şərbətin üstündən kremi çəkin.
Tortun üzərini giləmeyvə, meyvə dilimləri, qaymaq, sürtkəcdən keçirilmiş şokolad ovuntusu və ya kokosla bəzəyin.

Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024