Qranat qolbağı salatı

Qranat qolbağı salatı


Hər növ yemək və şirniyyat reseptleri

Qranat qolbağı salatı

 
Qranat qolbağı salatı
Çox gözəl və dadlı salatdır.
İnqrediyentlər:
- 300 qr toyuq filesi
- 2 orta baş soğan
- 3 orta kartof
- 2 orta çuğundur
- 1/2 stəkan qoz
- 1 iri nar
- duz, istiot, mayonez
Hazırlanması:
1. Toyuq filesini, kartofu, çuğunduru bişirin, soyudun.
2. Soğanı xırda doğrayın, yumşaq olana qədər qızardın.
3. Çuğunduru və kartofu sürtgəcdən keçirin, toyuğu didin, qozu xırda doğrayın, narı təmizləyin.
5. Enli boşqabın ortasına stəkan qoyun, ətrafına lay-lay kartof, soğan, toyuq, xırda doğranmış qoz, sürtgəcdən keçirilmiş çuğundur qoyun. Hər laya bir az duz, istiot vurun, mayonez çəkin.
Qranat qolbağı salatı
Qranat qolbağı salatı
Qranat qolbağı salatı
6. Üzərinə nar dənələri səpin, stəkanı götürün.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023