Quş yuvası salatı

Quş yuvası salatı


Hər növ yemək və şirniyyat reseptleri

Quş yuvası salatı

Quş yuvası salatı
Ərzaqlar:
Quş yuvası salatı

200 q ət
100 q pendir
1 ədəd tutma xiyar
3 ədəd yumurta
1 baş qırmızı soğan
Mayonez
Cəfəri
Duz (Əgər tutma xiyar çox duzlu olsa onda duz tökmək lazım deyil)
İstiot (Zövqə görə)

Hazırlanması:

Əti duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimizlə uzun didirik.

Quş yuvası salatı
Yumurtanın sarısını ağından ayırıb bəzəmək üçün saxlayırıq. Ağını isə sürtgəcin böyuk gözündən keçiririk.

Quş yuvası salatı
Pendiri sürtgəcin böyuk gözündən keçiririk.

Quş yuvası salatı
Tutma xiyarı sürtgəcin böyuk gözündən keçiririk.

Quş yuvası salatı
Soğanı iki bölüb nazik doğrayırıq. Doğranmış soğanı 10-15 dəqiqə isti suda saxlayırıq. Sonra soyuq suda soyudub, salfet ilə qurulayırıq.

Quş yuvası salatı
Quş yuvası salatı
Düz boşqab götürürük. Ortasına stəkan qoyuruq.

Quş yuvası salatı
1-ci əti töküb az istiot səpib mayonezləyirik.

Quş yuvası salatı
2-ci tutma xiyarı tökürük.

Quş yuvası salatı
3-cü soğanı töküb az mayonezləyirik.

Quş yuvası salatı
4-cü yumurtanı töküb, az duz səpib, mayonezləyirik.

Quş yuvası salatı
5-ci pendiri tökürük.

Quş yuvası salatı
Pendiri səpdikdən sonra stəkanı çıxardırıq. Salatın ortasına cəfəri yarpaqları qoyub üstünə yumurta sarılarını yerləşdiririk.

 Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025