Qüsursuz dəri üçün ƏRİK MASKALARI

Qüsursuz dəri üçün ƏRİK MASKALARI


Hər növ yemək və şirniyyat reseptleri

Qüsursuz dəri üçün ƏRİK MASKALARI

Qüsursuz dəri üçün ƏRİK MASKALARI
Ərik A vitamini ilə olduqca zəngindir. Bu vitamin dərimizə sağlam və cavan qalmağa kömək edir. Sizə çox effektli ərik maskaları təqdim edirik.  
1. Cavanlaşdırıcı maska. 3 əriyi blenderlə əzin, 1 x.q. xama və 2 x.q. düyü unu (hazır düyü unu istifadə olunur və ya düyü qəhvə üyüdəndə üyüdülür) əlavə edin, qarışdırın, təmiz üz dərisinə çəkin. Maskanı 20 dəqiqə saxlayın, ilıq suda isladılmış tamponla silin, qidalandırıcı krem çəkin. Bu maska dərini cavanlaşdırır, daha dartılmış və elastik edir.
2. Yağlı dəri üçün maska. 3 ərik blenderlə əzilir, 1 x.q. limon şirəsi və 1 x.q. gerkuleslə qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, barmaqlara bir qədər massaj edin, sonra 20 dəqiqə saxlayın və ilıq su ilə yuyun.
3. Quru dəri üçün maska. 2-3 ərik əzilir, 1 x.q. zeytun yağı əlavə olunur, qarışdırılır, təmiz üz dərisinə çəkilir. Maskanı 20 dəqiqə saxlayın və sonra ilıq suda isladılmış tamponla silin.

Dostlarınla Paylaş

Saytda 178 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024