Tatli.Biz
Əyləncə Portalı
Dil:
Rafaello
Hər növ yemək və şirniyyat reseptleri
Rafaello
Ərzaqlar:
3 st kakos 1 banka qatılaşdırılmış süd Qovrulmuş fındıq ləpəsi
Üstü üçün:
0,5 st kakos
Hazırlanması:
Qatılaşdırılmış südü dərin bir qaba tökürük.
Kakosu az-az əlavə edib qarışdırırıq.
Kakoslu qarışıqdan əlimizə alıb yumrulayırıq.
Ortasına bir ədəd fındıq ləpəsi qoyub üstünü bağlayıb yenidən yumrulayırıq.
Düz qaba 0,5 st olan kakosu tökürük.
Yumruladığımız kütlənin hər tərəfini kakosa batırıb düz qaba yığırıq.
Bu qayda ilə hamısını düzəldirik.
Bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!
Dostlarınızla Paylaş
Saytda
54
nəfər
Tatli.Biz
©
Tatli.Biz
2010-2026