Rahat lokum


Hər növ yemək və şirniyyat reseptleri

Rahat lokum

Rahat lokum
Tərkibi:

Yerkökü – 800 qr

Su – 1/3 stəkan

Qarğıdalı nişastası – 300 qr

Şəkər – 250qr

Qoz – fındıq – 250qr

Hind qozu (kokos) yonqarı – 250qr

Limon – 1 ədəd

Hazırlanması:

Yerkökünü xırda doğrayın, şəkər əlavə edin və orta odda yumuşalıb şirə ayrılana qədər tavada pörtlədin.

Su və nişastanı əlavə edin və müntəzəm qarışdırmaqla qatılaşana qədər 30 – 40 dəqiqə bişirilir.

Limon qabığını və doğranmış qoz-fındıq əlavə olunur, qarışdırılır, odun üzərində götürülür.

Perqament kağızın üzərinə 2-3 sm qalınlığında qarışığı əlavə edirik.

1 gecə soyuducuda saxlayın, sonra istədiyiniz formaya salıb, hind qozuna bulayın. İstədiyiniz çərəzi ortasına qoya bilərsiniz.

Dostlarınızla Paylaş

Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026