Rza küftə


Hər növ yemək və şirniyyat reseptleri

Rza küftə

Rza küftə
(4-5 nəfərlik)

Ərzaqlar:
Rza küftə

1 kq soğanla çəkilmiş qoyun əti

3 ədəd baş soğan

2-3 x.q əridilmiş kərə yağı

2 x.q pamidor püresi (tomat)

1 ç.q şəkər tozu

1 ədəd limon

Çay qaşığının ucunda darçın

Duz

Istiot

Keşniş, şüyüd

Hazırlanması:

Soğanla çəkilmiş qoyun ətinin(1 kq  ətə 3 baş soğan) üstünə duz, istiot və darçın əlavə edib yaxşı qarışdırırıq.

Rza küftə
Ətdən qoz boyda balaca küftəciklər düzəldirik.

Rza küftə
Tavada yağı qızdırıb küftəcikləri tavaya yığırıq.

Rza küftə
Küftəciklərin hər tərəfini çevirib qızardırıq.

Rza küftə
Şirəsi üçün baş soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Rza küftə
Doğranmış soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olna qədər qovururuq.

Rza küftə
Qovrulmuş soğanın üstümə pamidor püresini əlavə edib 2-3 dəqiqə qovururuq.

Rza küftə
Şəkər tozunu və limonun şirəsini əlavə edib 3-5 dəqiqə qarışdırıb götürürük.

Rza küftə
Şirəni qızartdığımız küftələrin üstünə əlavə edirik. Yeməyi vam odda 10-15 dəqiqə bişiririk.

Rza küftə
Rza küftəni süfrəyə verdikdə zövqə görə üstünə xırda doğranmış küşniş və şüyüd səpilir.

Rza küftə
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026