Sadə kəsmikli kökələrin hazırlanması

Sadə kəsmikli kökələrin hazırlanması


Hər növ yemək və şirniyyat reseptleri

Sadə kəsmikli kökələrin hazırlanması

Sadə kəsmikli kökələrin hazırlanması
Tərkib: - 500 qr yağlı kəsmik
- 1 ədəd yumurta
- 1/2 stəkan şəkər tozu
- 1 çimdik duz
- 1 stəkan un
- bitki yağı (qızartmaq üçün)
Hazırlanması:
1. Kəsmik, şəkər tozu, duz və yumurta yaxşı qarışdırılır.
2. Yarım stəkan ələnmiş un əlavə olunur, qaşıqla qarışdırılır. Qalan un kökələri formalamaq üçün istifadə olunacaq.
3. Xəmiri 30-40 dəqiqə soyuducuda saxlayın.
4. Xəmirdən kökələr düzəldin, unlayın.
5. Bitki yağını yaxşı qızdırın və kökələri hər iki tərəfdən qızardın.  
6. Kəsmikli kökələr süfrəyə xama, cem, mürəbbə ilə verilir.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024