Sadə kokteyl


Hər növ yemək və şirniyyat reseptleri

Sadə kokteyl

Sadə kokteyl
Kokteyl – müxtəlif komponentlərdən hazırlanan içkidir. Müxtəlif meyvə şirələrinin, spirtli və spirtsiz içkilərin süd, qaymaq, bal, bay, yumurta, şəkər, buz, dondurma və s. ilə qarışığından alınır. Kokteyl 250 il bundan əvvəl xoruz döyüşmələri zamanı qalibin şərəfinə içilən içki kimi meydana gəlmişdir. Ona görə də, bir vaxtlar kokteylin rəngini xoruzun quyruğunun rənginə uyğun hazırlayırdılar. Hazırda kokteylin-alkoqollu və alkoqolsuz növləri vardır. Müasir Azərbaycan kulinariyasında meyvə şirələrindən, xoşablardan və süd məhsullarındanmüxtəlif kokteyllər hazırlanır. 1993-cü ildə Moskvada keçirilən Beynəlxalq barmenlər müsabiqəsində atılama "ilin kokteyli" kimi yüksək ada layiq görülmüşdür.

Sadə kokteyl

Tərkibi:

Yumurta – 1 ədəd

Bal- 1 xörək qaşığı

Doğranmış qoz- 1 ədəd

Qatıq -1stəkan

Hazırlanması:

1 yumurta, 1 xörək qaşığı bal, 1 doğranmış qoza 1 stəkan qatıq əlavə edib mikserlə çalın. Kokteyl hazırdır.

Dostlarınızla Paylaş

Saytda 121 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026