Sadə ŞOKOLADLI KEKS

Sadə ŞOKOLADLI KEKS


Hər növ yemək və şirniyyat reseptleri

Sadə ŞOKOLADLI KEKS

Sadə ŞOKOLADLI KEKS
Ərzaqlar:
- 1 stəkan un
- 200 qr kərə yağı
- 4 x.q. kakao
- 1,5 stəkan şəkər tozu (1 stəkan + yarım stəkan)
- yarım stəkan süd
- yarım ç.q. soda (limon şirəsi ilə söndürmək)
- 4 yumurta
- 1 paket vanilli şəkər tozu
Hazırlanması:
1. Qazanda kərə yağı əridilir, kakao, şəkər tozu, vanilli şəkər tozu, süd əlavə olunur, qaynadılır, soyuqulur. Kütlədən 3 x.q. saxlayın (keksin üzərinə çəkmək üçün).
2. Kütlə soyuyanda bir-bir yumurta əlavə edin, qarışdırın.
3. Un və limon şirəsi ilə söndürülmüş soda əlavə edin, yaxşı qarışdırın.
4. Sobanı qabaqcadan 180 C qədər qızdırın, xəmiri keks üçün qaba qoyun, 35-40 dəqiqə ərzində bişirin.
5. Hazır keksin üzərinə kakaolu kütlədən qalan hissəsini çəkin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024