Sadə və dadlı KEKS

Sadə və dadlı KEKS


Hər növ yemək və şirniyyat reseptleri

Sadə və dadlı KEKS

Sadə və dadlı KEKS
İnqrediyentlər:
- 2 stəkan un
- 1/2 stəkan şəkər tozu
- 200 qr xama (20%)
- 200 qr qatılaşdırılmış süd ("squşonka")
- 2 ədəd yumurta
- 1 ç.q. qabartma tozu
- 1 paket vanilin.
Hazırlanması:
1. Yumurta şəkər tozu ilə yaxşı çalınır.
2. Qatılaşdırılmış süd, xama əlavə olunur, qarışdırılır.
3. Un qabartma tozu ilə birlikdə ələnir, kütləyə əlavə olunur, vanilin əlavə olunur, yaxşı çalınır.
4. Formaya yağ çəkirik, xəmiri quyuruq.
5. Sobanı qabaqcadan 200 C qədər qızdırırıq və keksi təxminən 40 dəqiqə ərzində bişiririk.
6. Hazır keksi soyuduruq və üzərinə şəkər kirşanı ("pudra") səpirik.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024