Sağlamlıq salatı
Hər növ yemək və şirniyyat reseptleri
Sağlamlıq salatı

Tərkibi:
Yulaf - 6 xörək qaşığı
Qoz - 2 ədəd
Kişmiş - 1 xörək qaşığı
Bal - 1 xörək qaşığı
Alma - 1 ədəd
Kök - 1 ədəd
Limon - 1 ədəd
Süd - 6 qaşıq
Hazırlanması:
Axşamdan 6 xörək qaşığı yulaf lopasının üstünə qaynamış soyuq su tökürlər. Səhır isə bu qarışığın üstünə iki qozun ləpəsini xırda-xırda doğrayıb əlavə edir, sonra ona bir xörək qaşığı yuyulmuş kişmiş, bir xörək qaşığı bal, sürtkəcdən keçirilmiş bir alma, bir kök, bir limon şirəsi qatılır. Ən sonda qarışığın üstünə 6 xörək qaşığı qaynadılmış sərin süd tökürlər.
Bu salatı bir ay müddətində hər gün səhər, acqarına yemək məsləhətdir. Salatın tərkibində olan vitaminlər insanın sağlamlığı üçün zəruridir.