Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO


Hər növ yemək və şirniyyat reseptleri

Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO

Tərkibi:

500 qr. qoyun əti

800 qr. düyü

100 qr. kişmiş

100 qr. qaysı

100 qr. albuxara

3-4 orta boy soğan

300 qr. kərə yağı

5-6 ədəd iri lavaş

Yarım limon

Azərduz yodlu narın xörək duzu, istiot, zəfəran və ya sarıkök.

Hazırlanması:

İlk öncə düyünü qaynatmaq üçün qaynamağa su qoyuruq.Daha sonra quru meyvələri islağa qoyuruq.Düyünü də duzlu və limonlu suya yumuşalması üçün qoyuruq.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Əti quş başı doğrayıb vam ocaqda öz suyunu salıb qızarmağa başlayıncaya qədər qovururuq.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Başqa bir tavada doğradığımız soğanları qovurururq.Soğanlar qovrulduqdan sonra bura islatdığımız quru meyvələri və əti də əlavə edib bütün bunları biraz bir yerdə qovururuq.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Düyünü duzlu suda az bişirib süzürük.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Plovu bişirəcəyimiz qazanın dibini əridilmiş kərə yağı ilə yağlayırıq.Lavaşların da bir-bir hər iki üzünü yağlayıb qazanın dibinə və kənarlarına doğru düzürük.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Düyünün yarısını lavaşların üzərinə tökürük.Yağ və sarıkök ya da dəmlənmiş zəfəranın suyunu səpirik.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Hazırladığımız qaranın hamısını düyünün üzərinə töküb yayırıq.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Onun üzərinə qalan düyünü əlavə edib,yenə də yağ və ədviyyat səpirik.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Lavaşların kənarlara çıxan hissələrini düyünün üzərinə gətiririk.Bir ədəd lavaşı yenidən yağlayıb düyünün hər tərəfini örtəcək şəkildə yayırıq.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Qazanın ağzına ya dəmirdən qapaq qoyuruq,ya da aluminyum falqa ilə bağlayırıq.Sobaya qoyub 180 dərəcədə 1 saata qədər dəmləyirik.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Sobadan çıxartdıqda qazanın ağzına ya patnos,ya da bir tava tutub qazanı tərs çevirirk.
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Budur Şah plovumuz hazırdı.İstədiyiniz kimi servis edə bilərsiniz. Nuş olsun!
Şah plovun hazırlanma RESEPTİ+FOTO+VİDEO
Videonu təqdim edirik:

qadin.net

Dostlarınızla Paylaş

Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026