Hər növ yemək və şirniyyat reseptleri
Salat MAKARONLA. Əla dad!
İnqrediyentlər:
- 200 qr xırda bişmiş makaron
- 3 duzlu xiyar
- 1 banka konservləşdirilmiş qırmızı lobya
- 200 qr bişmiş ət və ya toyuq
- 1 kişik baş soğan
- göyərti (zövqə görə)
- mayonez, duz, istiot
Hazırlanması:
1. Makaronları duzlu suda hazır olana qədər bişirin, suyu süzün, makaronları soyudun.
2. Xiyarı və əti kub şəklində doğrayın, göyərti və soğanı xırda-xırda doğrayın.
3. Bütün inqrediyentləri qarışdırın, duz, istiot, mayonez vurun, yenə qarışdırın.
Nuş olsun!