Sarımsaqlı pamidor şirəsi ilə kotlet


Hər növ yemək və şirniyyat reseptleri

Sarımsaqlı pamidor şirəsi ilə kotlet

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Ərzaqlar:
Sarımsaqlı pamidor şirəsi ilə kotlet

500 q çəkilmiş qoyun əti

5 ədəd pamidor

2 ədəd baş soğan

2-3 diş sarımsaq

Duz

Istiot

Qızartmaq üçün bitki yağı

Yeməyin yanında vermək üçün kartof əzməsi:
Sarımsaqlı pamidor şirəsi ilə kotlet

8-9 ədəd kartof

1 x.q əridilmiş kərə yağı

1/3 ç.q sarıkök

1/3 st süd

Duz

Istiot

Hazırlanması:

Əvvəlcə püreni hazırlayaq. Kartofun qabığını soyub yuduqdan sonra iki hissəyə bölüb balaca qazana tökürük.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Üzünə çıxana qədər su əlavə edib tamam hazır olana qədər bişiririk.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Suyu çəkiləndə kartof əzənlə yaxşı əzirik. İçinə südü, duzu, istiotu, sarıkökü və yağı əlavə edib qarışdırırıq. Pürüemiz hazırdı.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
İndi isə kotleti hazırlayaq. Əti ətçəkən maşından soğanla bərabər keçiririk. Ya da soğanı sürtgəcdən keçirib ətlə qarışdırırıq. Duz və istiot töküb yaxşı qarışdırırıq.

Tavada yağı qızdırıb ətdən qoz boyda küftəcik götürüb yastılayıb yağın içinə düzürük.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Hər iki üzünü qızardırıq.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Şirəni hazırlamaq üçün pamidoru yuyub qabığını soyduqdan sonra xırda doğrayırıq.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Başqa tavada pamidoru suyu çəkilənə qədər bişiririk.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Suyu çəkiləndə 3-4 x.q bitki yağı əlavə edib qovururuq.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Sarımsağı sarımsaq əzəndən keçirib pamidora əlavə edib, duz və istiotunu da töküb 3-5 dəqiqə qovururuq.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Qızartdığımız kotleti pamidorun içinə yığırıq.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Vam odda 10-15 dəqiqə bişiririk.

Yeməyi süfrəyə verdikdə yanında düyü, qarabaşaq, kartof qızartması, vermeşel, makaron ya da bizim kimi kartof püresi verə bilərsiniz.

Sarımsaqlı pamidor şirəsi ilə kotlet
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026