Şəfaverici Itburnu Içkisi – Resept

Şəfaverici Itburnu Içkisi – Resept


Hər növ yemək və şirniyyat reseptleri

Şəfaverici Itburnu Içkisi – Resept

Şəfaverici Itburnu Içkisi – Resept
E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir.

1Arada.az itburnudan hazırlana biləcək ən dadlı içki reseptini təqdim edir:

Tələb olunanlar:

• 5 ədəd mixək

• 1 parça zəncəfil kökü

• 200 qr şəkər tozu

• 300 qr üyüdülmüş itburnu

• 1 çubuq darçın

• 1 litr su

Hazırlanması:

1. Qazana 1 litr su tökün.

2. İçərisinə itburnu, zəncəfil, çubuq darçın və mixək atın və qaynadın.

3. Qaynayan kimi qazanın altını söndürün və süzgücdən süzün.

4. Süzgəçdə qalan kütləni əlinizlə yaxşıca sıxıb yenidən içkiyə əlavə edin.

5. Sonda şəkər əlavə edərək qarışdırın.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 98 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024