Səhər kokteyli – gümrahlıq içkisi
Hər növ yemək və şirniyyat reseptleri
Səhər kokteyli – gümrahlıq içkisi

Onu içdikdən sonra uzun müddət aclıq hiss etməyəcəksiniz.
Hazırlanması çox sadədir.
Sizə lazım olacaq:
Banan
Süd
Yulaf yarması və kakao tozu
Hazırlanması:
1 ədəd bananı blenderdə əzdikdən sonra üzərinə 1 stəkan süd əlavə edin. Alınmış qarışığa 1 xörək qaşığı yulaf yarması və yaxud 1 çay qaşığı kakao tozu da əlavə edə bilərsiniz. Bu artıq sizin seçiminizdən asılıdır.
Səhər yeməyi süfrəniz üçün tez və aşağı kalorili dadlı kokteyl hazırdır.