Səhər yeməyi - Pendirli sendviç
Hər növ yemək və şirniyyat reseptleri
Səhər yeməyi - Pendirli sendviç

Tərkibi:
Pendir -85 qr
Çörək 2 dilim
Kərə yağı 1 xörək qaşığı
Hazırlanması:
1. Tavanı odda qızdırın. Çörək dilimlərinin bir tərəfinə yağ çəkin. Çörəyin yağlı tərəfini tavaya qoyun. Sonra üzərinə pendir çəkib yağ gəkilmiş 2-ci çörək dilimini onun üzərinə qoyun.
2. Zəif odda pendirli sendviç cəmi 3 dəqiqəyə hazır olacaq. Qəhvəyi rəng alan kimi, onu çevirin və 2-ci tərəfinin qızarması üçün 3 dəqiqə vaxt sərf olunacaq.