Səhər yeməyi üçün meyvə salatı


Hər növ yemək və şirniyyat reseptleri

Səhər yeməyi üçün meyvə salatı

Səhər yeməyi üçün meyvə salatı
Bu salat arıqlar üçün nəzərdə tutulub.

Tərkibi:

Alma- 1 ədəd

Naringi – 1 ədəd

Kivi – 1 ədəd

Giləmeyvə və ya qoz – fındıq- 50 qr

Yağsız yoqurt və ya qatıq – 50 ml

Hazırlanması:

Meyvələri kub şəklində kəsin, qədəhə qoyub və üzərinə yoqurt əlavə edin. Zövqə görə yoqurtun əvəzinə qatıqdan da istifadə edə bilərsiniz. Müxtəlif meyvələr də götürə bilərsiniz. Yadda saxlayın ki, banan və üzüm çox kalorilidir. Salatınızın üstünü giləmeyvələr və ya xırda doğranmış qoz ləpələri ilə bəzəyin. Səhər yeməyinizə 1 stəkan təzə portağal şirəsi də əlavə edin.

Dostlarınızla Paylaş

Saytda 64 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026