Sevgiliniz üçün romantik səhər yeməyi


Hər növ yemək və şirniyyat reseptleri

Sevgiliniz üçün romantik səhər yeməyi

Sevgiliniz üçün romantik səhər yeməyi hazırlamaq istəyirsiniz. Bu hər ikinizin gününün uğurlu başlanmasına səbəb olacaq. Ən yaxşısı budur ki, bu romantik yeməyi elə yatağa aparın.

Bunun üçün siz adi günlərə nisbətən bir qədər tez oyanmalısınız.

1. Ürəkli qayğanaq.
Bunu bir qədər fərqli formada hazırlamaq olar. Yumurtanı göz halında bişirmək və onu ürək formasında kəsmək olar. Onu çörəyin üzərinə qoyub göyərti ilə bəzəsəniz daha zərif görünəcək.
Sevgiliniz üçün romantik səhər yeməyi
2. Ürəkcikli tostlar.
Bu səhər yeməyi üçün ən sadə reserpdir. Onu hazırlamaq üçün ağ çörəyi ürək formasında kəsib və üzərinə giləmeyvə cemi çəkin. Onu kofe ilə süfrəyə verin.
Sevgiliniz üçün romantik səhər yeməyi
3. Ürəkcikli kökələr.
Onları hazırlamaq üçün bir neçə variant var. Sizə ürək formalı tava ya da kiçik qablar lazımdır. Xəmiri ora töküb ürək formasında xırda kökəciklər bişirəcəksiniz. Və yaxud da biıirdiyiniz kökəcikləri ürək formasında kəsə bilərsiniz.
Sevgiliniz üçün romantik səhər yeməyi
4. Sevgililər tostu
Belə səhər yeməyini hazırlamaq üçün 2 dilim ağ çörək götürün. Sonra onun üzərinə giləmeyvə jemi çəkin. Sizə həm də ürək formalı peçenye lazım olacaq. Peçenyelərin də üzərinə səliqə ilə jem çəkin.
Sevgiliniz üçün romantik səhər yeməyi

Dostlarınızla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026