Sevgiliniz üçün səhər yeməyi - "Sweet heart"
Hər növ yemək və şirniyyat reseptleri
Sevgiliniz üçün səhər yeməyi - "Sweet heart"

Tərkibi:
Çorək
Süd
1-2 yumurta
Şəkər, quru darçın
Kərə yağı
Hazırlanması:
Çörəyi 4 ürək formasında kəsin. Sonra dərin bir qaba süd töküb, yumurta, 1 xörək qaşığı şəkər və bir çimdik darçın əlavə edib, çəngəl ilə yaxşıca qarışdırın. Sonra çörəyi alınmış qarışığa batırın.
Kərə yağını tavada əridib ürək formalı çörəyi onun içərisinə qoyun. Qızılı- qəhvəyi rəng alana qədər qızardın, sonra o biri üzü də qızarandan sonra boşqaba qoyun.
Hazır olduqdan sonra onu jem, mürəbbə və ya balla süfrəyə vermək olar.
Bayat çörəkdən istifadə etməyiniz məsləhətdir, çünki onu kəsmək daha rahatdır.