Sevgiliniz üçün səhər yeməyi-Yumurtalı "Ürək"


Hər növ yemək və şirniyyat reseptleri

Sevgiliniz üçün səhər yeməyi-Yumurtalı "Ürək"

Sevgiliniz üçün səhər yeməyi-Yumurtalı "Ürək"
Tərkibi: (2 nəfərlik)

2 sosis

2 yumurta

Kərə yağı

Duz, istiot, göyərti

Hazırlanması:

Sosisləri uzunluğu boyunca 2 hissəyə bölün, ancaq axıra qədər kəsməyin. Kəsdiyiniz ücları diş çöpünün köməyi ilə elə birləşdirin ki, sosislər ürək formasını alsın.

Tavaya yağ töküb əridin, sonra sosisləri tavada qızardın. 1 üzü qızarandan sonra zəif odda 2-ci üzünü cevirin.

Ürəklərin içərisinə çiy yumurtanı tökün, duz, istiot və xırda doğranmış göyərti səpin. Hazır olduqdan sonra boşqaba qoyun, ehtiyatla diş çöplərini çıxarın.

Yumurtanın bir hissəsi sosislərdən kənara çıxsa da kefinizi pozmayın. Sadəcə artıq hissələri sərt bıçağın köməyi ilə kəsib götürün.

Dostlarınızla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026