Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri


Hər növ yemək və şirniyyat reseptleri

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri

Şimal bölgəsinin ən fərqli yeməklərindən biri
Sürhüllü Azərbaycanın şimal-qərb zonasına, əsasən Qax, (İlisu, Sarıbaş, Ağçay, Qaşqaçay), Zaqatala və Balakən rayonlarına, qismən Quba, Xaçmaz və Gəncəbasar bölgələrinə məxsus xəmir yeməyidir. Xüsusilə qış aylarında yeyilən bu yeməyin adı sürtmək, xəmirin sürtülərək formaya salınması mənasını verir.

Tərkibi

1/2 kq sümüklü mal və ya qoyun əti

1 stəkan buğda unu

1 ovuc iri lobya

4 x/q alça və ya zoğal məti

4-5 diş sarımsaq

Duz

Mal və ya qoyun ətindən bulyon hazırlayıb süzün. Lobyanı ayrıca bişirin.

Buğda unundan suya duz qatmaqla bərk xəmir yoğurun. Xəmirə 20 dəqiqə istirahət verdikdən sonra kündələr hazırlayın. 8-10 mm qalınlığında yayılıb çubuqcuqlar şəklində doğrayın.

Həmin çubuqcuqlardan fındıq boyda tikələr kəsin, urvalayın, barmaqla sirkələyin. Bu zaman xəmir tikələri içərisi boş, xırda boruvarı forma kəsb edir.

Ət bulyonuna əvvəlcə sürfüllü tökülüb bişirilir, sonra ona bişirilmiş lobya qatılıb hazır vəziyyətə gətirilir.

Sürfüllünü bulyonu ilə birlikdə çörəksiz yeyirlər. Xörəyin yanında sarımsaq qatılmış alça məti (və ya zoğal məti) ayrıca verilir. Sürfüllüyə turşu əvəzi pomidor məti və ya təzə pomidor da tökmək olar. Bundan başa ətsiz sürfüllü də bişirilir. Bu zaman hər paya 20 qram yağ götürülür, baş soğan yağda qızardılır və bişmənin sonunda əlavə edilir.

Əgər siz də bu reseptdən faydalanaraq "Sürfüllü" yeməyini hazırladınızsa, yeməyin şəklini və yemək haqqında təəsüratlarınızı bizimlə paylaşmağı unutmayın!

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024