Sobada badımcan kababının hazırlanması - RESEPT

Sobada badımcan kababının hazırlanması - RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

Sobada badımcan kababının hazırlanması - RESEPT

Sobada badımcan kababının hazırlanması - RESEPT
Axşam yeməyinə badımcan kababı hazırlamaq istəyirsiniz?

Tatli.Biz dadından doymayacağınız sobada badımcan kababının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

3 ədəd badımcan

400 qr qiymə

1 ədəd orta boy soğan

2 diş sarımsaq

1 dilim köhnə çörək

5-6 budaq cəfəri

1 çay qaşığı duz

Adi cirə

½ çay qaşığı qara istiot

½ çay qaşığı pul bibər

Üzəri üçün:

½ çay stəkanı su

1 çay qaşığı tamat

2 ədəd orta boy pomidor

4-5 ədəd acı bibər

Badımcanların acı dadını almaq üçün 10 dəqiqə duzlu suda saxlayın və sonra istifadə edin. Küftənin içərisini hazırlayarkən soğanın suyunu süzün.

Hazırlanması:

Badımcanları iki barmaq qalınlığında doğrayın. Halqa şəklindəki badımcanları siniyə dik-dik yerləşdirin. Üzərinə zeytun yağı və duz gəzdirərək 200 dərəcə qızdırılmış sobada yarım saat bişirin.

Küftəni hazırlamaq üçün soğanı, sarımsağı və cəfərini blenderdən keçirin. Çörəyi xırdalayın. Qiyməni və ədviyyatları əlavə edib yoğurun və yuvarlaq forma verin.

Badımcanlar yumşaldığı zaman küftələri aralarına düzün. Tomatı su ilə qarışdırıb üstünə əlavə edin. Pomidor və bibərləri doğrayıb üzərinə düzün. Öncədən 200 dərəcədə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025