Sobada ətli qat-qat


Hər növ yemək və şirniyyat reseptleri

Sobada ətli qat-qat

Sobada ətli qat-qat
(5 nəfərlik)

Ərzaqlar:
Sobada ətli qat-qat

500 q çəkilmiş qoyun əti

3 ədəd baş soğan

3 ədəd pamidor

3 ədəd badımcan

3 ədəd kartof

1 ədəd şirin bibər

2 x.q əridilmiş kərə yağı

100 q pendir

1 x.q mayonez

Qızartmaq üçan bitki yağı

Duz

istiot

Hazırlanması:

Çıkilmiş ətə soğanın qabığını soyub yuduqdan sonra sürtgəcdən keçirib duz və istiot töküb qarışdırırıq.(Soğanı ət ilə birgə ət maşınından da keçirə bilərsiniz)

Ətdən 5 ədəd böyük nazik dairələr düzəldib birki yağında hər iki üzünü qızardırıq.

Sobada ətli qat-qat
Sobada ətli qat-qat
Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Sobada ətli qat-qat
Tavaya xırda doğranmış soğan əridilmiş kərə yağı və duz töküb qızılı rəngdə olana qədər qovururuq.

Sobada ətli qat-qat
Badımcanın qabığını soyub nazik uzun doğrayırıq.

Sobada ətli qat-qat
Doğranmış badımcanı  az  duzlayıb 5 dəq saxlayırıq.

Sobada ətli qat-qat
Sonra sıxıb suda yuyuruq sıxıb suyunu süzürük və qovrulmuş soğanın üstünə əlavə edib 10 dəqiqə qovururuq.

Sobada ətli qat-qat
Bibəri yuyub xirda doğrayırıq.

Sobada ətli qat-qat
Doğranmış bibəri qovurmanın üstünə əlavə edib 5 dəqiqə qovururuq.

Sobada ətli qat-qat
Pamidoru yuyub halqa doğrayırıq.

Sobada ətli qat-qat
Əsas böyük 5 ədəd halqanı saxlayıb qalanları xırda doğrayırıq.

Sobada ətli qat-qat
Doğranmış pamidoru qovurmaya əlavə edib 5 dəqiqə qovururuq.

Sobada ətli qat-qat
Qovurmanin duz istiotunu töküb mayonezini əlavə edib vam odda 10 dəqiqə bişiririk.

Sobada ətli qat-qat
Sobada ətli qat-qat
Sonra isə kartofun qabığını təmizləyib yuyub 4 yerə bölüb doğrayırıq.

Sobada ətli qat-qat
Başqa bir tava götürüb bitki yağı töküb kartofu qızardıb duzlayırıq.

Sobada ətli qat-qat
Pendiri sürtgəcin böyük ya da balaca gözündən keçiririk.

Sobada ətli qat-qat
Qab götürüb əvvəlcə qızartdığımız ətləri aralı düzürük və yağı dibinə tökürük.

Sobada ətli qat-qat
Üstünə hazırladığımız tərəvəzli qovurmanı qoyuruq.

Sobada ətli qat-qat
Tərəvəzli qovurmanın üstündən qızardılmış kartofları yığırıq.

Sobada ətli qat-qat
Kartofun üstünə isə halqa pamidorları qoyuruq.

Sobada ətli qat-qat
Sobanı 210 dərəcədə qızdırıb yeməyi 10 dəqiqə bişiririk. Sonra çıxarıb üstünə pendiri yığıb yenidən 10 dəqiqə sobaya qoyuruq.

Sobada ətli qat-qat
Yeməyimiz hazırdı.

Sobada ətli qat-qat
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 181 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026