Sobada ətli tərəvəzli qat-qat


Hər növ yemək və şirniyyat reseptleri

Sobada ətli tərəvəzli qat-qat

Sobada ətli tərəvəzli qat-qat
Ərzaqlar:
Sobada ətli tərəvəzli qat-qat

1 kq ət
8 ədəd badımcan
1ədəd baş soğan
2 ədəd şirin bibər
2 ədəd pomidor
2 diş sarımsaq
100-150 q pendir
2 ədəd yumurta
Bitki yağı
Duz
İstiot

Hazırlanması:

Badımcanın qabığını soyub nazik uzun doğrayırıq.

Sobada ətli tərəvəzli qat-qat
Doğranmış badımcanın üstünə duz səpib, 10-15 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardırıq. Suda yuyub, sonra sıxırıq. Az duz vurub, qızılı rəngdə olana qədər yağda qızardırıq.

Sobada ətli tərəvəzli qat-qat
Soğan ilə sarımsağı doğrayıb, duz töküb, yada qızılı rəngdə olana qədər qızardırıq.

Sobada ətli tərəvəzli qat-qat
Sobada ətli tərəvəzli qat-qat
Ət ilə qovrulmuş soğanı bir yerdə az qovururuq.

Sobada ətli tərəvəzli qat-qat
Bibəri doğrayıb, yağda az duz səpib, qovururuq.

Sobada ətli tərəvəzli qat-qat
Pomidoru halqa doğrayıb, yağda duz səpib, iki tərəfini də az qızardırıq.

Sobada ətli tərəvəzli qat-qat
Pendiri sürtgəcin gözündən keçiririk.

Sobada ətli tərəvəzli qat-qat
Tavaya birinci ət ilə soğanı sonra badımcanı, bibəri və pomidoru yığırıq.

Sobada ətli tərəvəzli qat-qat
Hazır yeməyi 200 dərəcə qızdırılmış sobaya qoyuruq. Qaynamağa başlayanda sobadan çıxardıb, çalınmış yumurtanı və üstündən pendiri səpirik, yenidən sobaya qoyuruq.

Sobada ətli tərəvəzli qat-qat
Pendir əriyib qızılı rəngdə olanda götürürük.

Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 192 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026