Sobanızı bir addımda təmizləmək üsulu
Hər növ yemək və şirniyyat reseptleri
Sobanızı bir addımda təmizləmək üsulu

Yağlı mikrodalğalı sobanızı təmizləmək üçün sadəcə bir limona ehtiyacınız var.
İlk növbədə yarısı sıxılmış limonun şirəsini bir boşqab su ilə (təxmini 300 ml) qarışdırın. Sonra isə hazırladığınız məhlulu sobanın içərisinə qoyun və maksimal istilik dərəcəsinə çevirərək 5-10 dəqiqə saxlayın.
Nəticədə buxar sobanın divarlarındakı yağı əridəcək. Sonda isə limon təravəti hopmuş sobanı çay dəsmalı ilə qurulayın. Proses bitdi, sobanız təmizləndi.