Soçi paxlavası - RESEPT

Soçi paxlavası - RESEPT


Hər növ yemək və şirniyyat reseptleri

Soçi paxlavası - RESEPT

Soçi paxlavası - RESEPT
Məhsullar:
- 3 yumurta
- 2 yumurta ağı
- 250 qram kərə yağı
- apardığı qədər un
- yarım çay qaşığı soda
İçlik üçün lazım olanlar və onun hazırlanma qaydası:
- 1 stəkan doğranmıs (bir az iri şəkildə doğranmalıdır ) fındıq, qoz, araxis, qara kişmis
- 2 stəkan şəkər tozu
Vanil
Doğranmış ləpəyə şəkər tozunu və vanili əlavə edib qarışdırın. Daha sonra 2 yumurta ağını kənarda bize halına gələnə qədər çırpıb, onu da qarışığa əlavə edin və hamısını birlikdə qarışdırıb iki bərabər hissəyə ayırın.
Xəmirin hazırlanması:
1. Yağı azca əridin, ora soda və 3 yumurtanı da əlavə edib, yumşaq xəmir yoğurun.
2. Xəmiri üç bərabər hissəyə ayırıb kündələyin.
3. Birinci kündəni oxlovla yayıb soba qabına sərin. Xəmiri əlinizlə qabın içində bir az da yaya bilərsiniz.
4. Sonra böldüyünüz içliyin bir hissəsini xəmirin üzərinə yayın.
5. İkinci kündəni də yayıb içliyin üzərinə sərin və bu xəmirin hər tərəfdən kənarlarını aşağıdakı xəmirin altına yığın. Onun da üzərinə içlik yayın və üçüncü kündəni də yayıb onun üstünə qoyun.
6. Üçüncü yuxanın da kənarlarını alta doğru yaxşı bükün. Bu ona görə edilir ki, bişərkən şirə kənara axmasın. Üstünə yumurta sarısı sürtün.
7. Yuxanı zədələmədən bir çöpün yardımı ilə üzərində paxlava rombları çəkin. Amma çox yavaş edin, çünki yuxaya zərər dəysə, bişmə əsnasında şirə axacaq.
8. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobaya qoyun. Təxminən 45 dəqiqə üstü qızaran qədər bişirin. Tamamilə soyuduqdan sonra çəkdiyiniz rombların üzəri ilə paxlava formasında doğrayaraq servis edə bilərsiniz.
Nuş olsun!
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023