Şokaladlı, qozlu və kokoslu tort


Hər növ yemək və şirniyyat reseptleri

Şokaladlı, qozlu və kokoslu tort

Şokaladlı, qozlu və kokoslu tort
Ərzaqlar: 
Şokaladlı, qozlu və kokoslu tort

Biskvit üçün:

10 ədəd yumurta
2 st şəkər tozu
2 st un
2 x.q kakao
1 ç.q vanil

Krem üçün: 
Şokaladlı, qozlu və kokoslu tort

1 banka qatılaşdırılmış süd
200 qr kərə yağı
1/2 ç.q vanil

Bəzək üçün: 
Şokaladlı, qozlu və kokoslu tort

Şokalad
Kokos
Qoz ləpəsi

Hazırlanması:

Kremi hazırlamaq üçün bax. Qatılaşdırılmış süd ilə yağlı krem

Bu tortu hazırlamaq üçün biskviti iki dəfəyə çalırıq. Birincini  hazırlamaq üçün 5 yumurtanın sarısını ağından ayırırıq. Ağını köpüklənənə qədər çalırıq.

Şokaladlı, qozlu və kokoslu tort
Şəkər tozunu az-az töküb çalırıq.

Şokaladlı, qozlu və kokoslu tort
Yumurta sarılarını bir-bir töküb çalırıq.

Şokaladlı, qozlu və kokoslu tort
Unu və vanili əlavə edib qaşıqla qarışdırırıq.

Şokaladlı, qozlu və kokoslu tort
Qaba kağız qoyub qarışığı töküb bərabər yayırıq.

Şokaladlı, qozlu və kokoslu tort
İkincini hazırlamaq üçün yenə eyni qayda ilə 5 yumurta, 1 st şəkər tozu, 1 st undan çalırıq. Unu əlavə edib çaldıqdan sonra qarışığa kakaonu qarışdırırıq.

Şokaladlı, qozlu və kokoslu tort
Qaba yenə kağız qoyub xəmiri tökürük.

Şokaladlı, qozlu və kokoslu tort
Hər ikisini 180 dərəcə qızdırılmış sobada üzü qızaranədək bişiririk. (təx. 15-20 dəq.)

Şokaladlı, qozlu və kokoslu tort
Biskvitləri qabdan çıxardırıq. Soyuduqdan sonra üzünü bıçaqla nazik kəsib götürürük.

Şokaladlı, qozlu və kokoslu tort
Sap vasitəsi ilə biskvitlərin hər ikisini də bərabər iki hissəyə bölürük.

Şokaladlı, qozlu və kokoslu tort
Şokaladlı, qozlu və kokoslu tort
Birinci kakaolu biskvitin alt hissəsini qoyub kremləyib qoz səpirik.

Şokaladlı, qozlu və kokoslu tort
İkinci kakaosuz xəmirin üst hissəsini qoyub kremləyib qoz səpirik.

Şokaladlı, qozlu və kokoslu tort
Üçüncü  kakaolu biskvitin üstünü qoyub kremləyib qoz səpirik.

Şokaladlı, qozlu və kokoslu tort
Axırıncı kakaosuz biskvitin alt layını qoyub tortun üzünü və yanlarını kremləyirik.

Şokaladlı, qozlu və kokoslu tort
Tortu əlimizə alıb yanlarını şokalad qırıntıları ilə bəzəyirik.

Şokaladlı, qozlu və kokoslu tort
Tortun üzünü 12 hissəyə bölüb xətləyirik və zövqə görə kokos, şokalad və qozla bəzəyirik.

Şokaladlı, qozlu və kokoslu tort
Şokaladlı, qozlu və kokoslu tort
Nuş olsun!

Dostlarınızla Paylaş

Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026