Şokolad və portağalla PİROQ | Tatli.Biz
Şokolad və portağalla PİROQ
Hər növ yemək və şirniyyat reseptleri

Şokolad və portağalla PİROQ

Şokolad və portağalla PİROQ
Məhsullar:
- 2 nazik stəkan un
- 1 nazik stəkan şəkər tozu
- 1 paket qabartma tozu
- 1 paket vanilin
- 1 iri portağal
- 100 qr şokolad
- 100 qr kərə yağı
- 3 yumurta
- yarım stəkan süd
Hazırlanması:
1. Portağalı yaxşı yuyun, xırda tikələrə doğrayın (qabıqlarını soymayın).
2. Şəkər tozunu yumurta ilə çalın, vanil, yumşaq yağ əlavə edin, yenə bir az çalın.
3. Süd əlavə edin, qarışdırın.
4. Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın.
5. Şokoladı xırda tikələrə doğrayın və doğranmış portağalla birlikdə xəmirə əlavə edin, qarışdırın.
6. Formaya yağ çəkin, xəmir qoyun.
7. Sobanı qabaqcadan 180 C qədər qızdırın, piroqu təxminən 50 dəqiqə bişirin. Hazır olub-olmadığını diş çöpü ilə yoxlayın.
8. Piroqu soyudun, üzərinə pudra səpin.
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 106 nəfər
Tatli.Biz
Top.Mail.Ru
©Tatli.Biz 2010-2022