Şokoladlı banan


Hər növ yemək və şirniyyat reseptleri

Şokoladlı banan

Şokoladlı banan
Şokoladlı bananın hazırlanması tez başa gələn və yüngüldür. Bu dadlı desertin hazırlanma qaydasını təqdim edirik:

Lazım olan məhsullar:

- Banan - 2 ədəd

Şokolad – 50 qr. (südlü şokolad daha asan əriyir, ancaq tünd və acı şokolad daha dadlı olur. Tünd şokoladdan istifadə edirsinizsə, ona 1 xörək qaşığı qaymaq əlavə edə bilərsiniz)

- Kokos dənəcikləri - 1 paket

Hazırlanma qaydası:

Şokoladı əridin. Bananları təmizləyin və dilimlərə doğrayın. Kokosu boşqaba boşaldın. Banan dilimlərini çubuğa keçirin və hər tərəfini ərimiş şokolada, sonra kokosa batırın. Sonra boşqaba qoyun və hazır deserti şokoladın tam donması üçün 20-30 dəqiqə soyuducuda saxlayın. Desert hazırdır.

Dostlarınızla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026