Şokoladlı sendviç peçenyesi


Hər növ yemək və şirniyyat reseptleri

Şokoladlı sendviç peçenyesi

Şokoladlı sendviç peçenyesi
Tərkibi :

2 fincan + 2 x.q. un

0,5 fincan qəhvə

1/4 fincan quru süd

1 ç.q. qabartma tozu

1/2 ç.q. duz

240 q kərə yağı

1 + 3/4 fincan şəkər tozu

1 iri yumurta

2 ç.q. vanil ekstraktı

1/4 fincan xama

3 x.q. qaynar su

Krem:

300 q şokolad

150 q yağ

Hazırlanması:

Ələnmiş unu, qəhvəni, quru südü, qabartma tozu və duzu qarışdırın.

Yumşaldılmış kərə yağını şəkər tozuyla mikserdə çalın. Yumurta, xama, vanil ekstraktı, qaynar su əlavə edin. Sonra unlu qarışığı əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Xəmirdən kündələr tutub yastılayın, siniyə bir-birindən 1,5 sm aralı olmaqla düzün.

180 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin.

Hazır olandan sonra şəbəkənin üzərində soyudun.

Su hamamında şokoladı əridin (çox qızmasın!). Yumşaldılmış kərə yağı ilə qarışdırın. Peçenyelərin arasına bu kremdən yaxmaqla cüt-cüt birləşdirin.

Dostlarınızla Paylaş

Saytda 194 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026