Şor qoğalı


Hər növ yemək və şirniyyat reseptleri

Şor qoğalı

Şor qoğalı
Tərkibi:

Əla növ buğda unu-726 qr

Quyruq çızdağı- 300 qr

Yumurta- 1 ədəd

Quyruq yağı – 60 qr

Maya-15 qr

Zirə-1q

Zəfəran-0,5 qr

Razyana-2 qr

Qara istiot-0,5 qr

Xaşxaş-3qr

Duz

Hazırlanması:

Una su, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir gəldikdən sonra ondan 9-11 kündə hazırlanır. Kündələr nazik yayılır. Və hər laya yağ sürtülüb üst-üstə yığılmış xəmir iki kvadratlara doğranır, onlar rulet kimi bükülür, burulur və yastılanaraq kökə şəklinə salınır. Ortasına içlik qoyulur. Quyruq cızdağı ətçəkən maşından keçirirlir. Ona yumurta ağı, ədviyyat və duz qatılıb yaxşı çalınır, bir qədər un əlavə edilib iç hazırlanır. Səthinə zəfəran şirəsi ilə çalınmış yumurta sürtülür, xaşxaş səpilir. 230-240 dərəcədə 20-25 dəqiqə bişirilir.

Dostlarınızla Paylaş

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2026