Sosis dolması (uşaqlar üçün)
Hər növ yemək və şirniyyat reseptleri
Sosis dolması (uşaqlar üçün)

Uşaqlarınıza yeməyi sevdirmək üçün maraqlı yeməklər fikirləşib tapa bilərsiniz. Faydalı ərzaqlar və uşaqların sevdiyi təamlardan yeni və maraqlı yeməklər hazırlayıb uşaqlarınızı sevindirin....
ƏRZAQLAR
* 5 ədəd iri ölçüdə sosiska
* 100 qr. holland pendiri
* 50 qr. əzilmiş pendir
* 5-6 ədəd şüyüd
* Kəklikotu (üzərinə səpmək üçün)
HAZIRLANMASI
Sosiskaları 4-5 dəq. qədər qaynar suda qaynadıb, süzün. İti bir bıçaqla uzununa cızıq atın. Ağ pendiri xırda doğranmış şüyüd ilə qarışdırın. Sosiskaların içinə doldurub kəsiyi nazik çubuq şəklində kəsilmiş holland pendiri ilə bağlayın. Üzərinə kəklikotu səpin. İsti sobada pendir əriyənə qədər qızardın, İsti şəkildə süfərəyə verin.