Squşonka ilə MAFFİNLƏR

Squşonka ilə MAFFİNLƏR


Hər növ yemək və şirniyyat reseptleri

Squşonka ilə MAFFİNLƏR

Squşonka ilə MAFFİNLƏR
Məhsullar:
- 3 yumurta
- 4 x.q. xama
- 100 qr kərə yağı
- 1 stəkan şəkər tozu
- 1 ç.q. qabartma tozu
- 1,5 (bir stəkan yarım) un
- bir neçə qaşıq bişmiş squşonka ("iriska")
Hazırlanması:
1. Yumurta, şəkər tozu, xama və yumşaq kərə yağını mikserlə yaxşı çalın.
2. Una qabartma tozunu əlavə edin, birlikdə ələyin, yumurtalı kütləyə əlavə edin, ehtiyatla qarışdırın.
3. Maffinlər üçün formaların yarısını qədər xəmir qoyun, üzərinə 1 çay qaşığı squşonka, squşonkanın üzərinə 1 x.q. xəmir qoyun.
4. Sobanı qabaqcadan 200 C qədər qızdırın, maffinləri təxminən 30 dəqiqə bişirin (hazır olub-olmadığını diş çöpü ilə yoxlayın).
Nuş olsun!

Dostlarınla Paylaş

Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024