Squşonka ilə sadə piroq

Squşonka ilə sadə piroq


Hər növ yemək və şirniyyat reseptleri

Squşonka ilə sadə piroq

Squşonka ilə sadə piroq
Tərkib:
- 1 st. un
- 50 q şəkər tozu
- 100 ml süd
- 4 yumurta
- 1 banka bişmiş qatılaşdırılmış süd (bişmiş squşonka)
- 2 ç.q. qabartma tozu
- 50 q kişmiş
- 1 st. qoz ləpəsi
Hazırlanması:
1. Bişmiş qatılaşdırılmış südün 2/3 hissəsini ləyənə tökün. Yumurta və şəkər tozunu əlavə edib mikserlə çalın. Qabartma tozu ilə qarışdırılıb ələnmiş un qataraq eynicinsli xəmir hazırlayın.
2. Qozu iri doğrayın. Qozun yarısını və kişmişi xəmirə əlavə edib qarışdırın.
3. Xəmiri yağlanıb içinə perqament döşənmiş formaya tökün. 180 dərəcə qızdırılmış sobada təxminən 40 dəqiqə bişirin.
4. Bu müddətdə qatılaşdırılmış südün qalanını və südü bir qazana töküb ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdıraraq bişirin.
5. Hazır piroqu formadan çıxarmadan, isti-isti qaynar kremi üzərinə çəkin. Qoz səpin. 2 saat otaq temperaturunda saxlayın.
Nuş olsun!
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024