Su çərşənbəsi üçün özəl menyu: turşu qovurma

Su çərşənbəsi üçün özəl menyu: turşu qovurma


Hər növ yemək və şirniyyat reseptleri

Su çərşənbəsi üçün özəl menyu: turşu qovurma

Su çərşənbəsi üçün özəl menyu: turşu qovurma
Novruz bayramının müjdəçisi olan çərşənbələrin özünəməxsus xörəyi var.
Sizə su çərşənbəsində süfrənizi bəzəyəcək ləzzətli turşu qovurmanın reseptini təqdim edirik.
Ərzaqlar:
- 1 kq doğranmış qoyun əti
- 5 ədəd soğan
- 300 qr şabalıd
- 15 ədəd albuxara
- 1 çay qaşığı limon suyu
- Yarım çay qaşığı sarıkök
- 1 stəkan ət bulyonu
- Duz, istiot
Hazırlanması:
1. Əti yuyub bişirin.
2. Şabalıdları çərtib 5 dəqiqə qaynar suda bişirin və çıxararaq qabığını soyun.
3. Albuxaranı 3-4 dəqiqə suda saxlayıb, suyu boşaldın.
4. Baş soğanı halqa şəklində doğrayıb yağda  qızardın.
5. Daha sonra əti də əlavə edərək qızardın.
6. Ayrı bir tavaya bir az yağ töküb az odda şabalıdları qızardın.
7. Eyni üsulla albuxaranı da qovurun. Bunları ətlə soğanın üstünə töküb astaca qarışdırın.
8. Fincana limon turşusu, bir az duz və sarıkök töküb qaynar su, ya ət bulyonu əlavə edib qarışdırın. Qarışımı ətin üstünə tökün. Yarım saat ərzinda vam odda bişirin. Vaxtaşırı astaca qarışdırın.
Nuş olsun!
Tatli.Biz

Dostlarınla Paylaş

Saytda 162 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024