Südlü şokoladlı blinçiklər
Tatli.Biz

Südlü şokoladlı blinçiklər


Hər növ yemək və şirniyyat reseptleri

Südlü şokoladlı blinçiklər

Südlü şokoladlı blinçiklər
Lazım olan məhsullar:
Şəkər tozu — 2 x.q.
Süd — 3 st.
Un — 300 qr.
Kakao — 2 x.q.
Yumurta — 3 əd.
Bitki yağı — 2-3 x.q.
Duz — 1 çimdik
Hazırlanması:
1. Yumurtanı duz və şəkər tozu ilə çalın. Xəmiri blenderdə hazırlasanız, daha yaxşı alınar: daha tez və keyfiyyətli olar. Xəmir hamar və düyünsüz olmalıdır.
2. Sonra hazır olan kütləyə bir stəkan süd əlavə edin və yenidən çalın. Sonra yavaş-yavaş unu əlavə edin ki, düyünlər yaranmasın. Çalmağa davam edərək xəmirə yavaş-yavaş südün geri qalanının hamısını tökün. Sonda kifayət qədər sulu xəmir alınmalıdır.
3. İndi blinciklərin hazırlanmasına keçmək olar. Xəmir müxtəlif rənglərdə olmalıdır. Buna görə də xəmirin üçdə bir hissəsini ayrı qaba tökün – bu blinçiklərin naxışlı alınması üçündür. Qalan hissəyə kakao əlavə edin və xəmir eynicinsli, düyünsüz alınana qədər çox yaxşı qarışdırın.
4. Tavanı yaxşı qızdırın. Biraz yağ tökün və yağı tavaya bərabər miqdarda yayaraq qızdırın.
5. Biraz xəmir tökün, demək olar ki, ½ çömçə və bütün tava boyu yayın. Biraz bişirin. Çay qaşığı ilə biraz xəmir tökün və blinçiklərin üzərində istədiyiniz kimi naxışlar çəkin. Sonra blinçiki çevirin və digər tərəfini də qızardın.
6. Oddan götürün, naxışlar olan tərəfini yuxarı çevirin və isti halda servis edin. Ancaq soyuq halda da bu blinçiklər olduqca ləzzətli olur.
7. Südlü şokoladlı blinçiklərin qızardılması zamanı yağı ancaq bir dəfə - birinci blinçikin qızardılması zamanı tökmək lazımdır. Sonra yağ əlavə etməyə ehtiyac yoxdur, blinçiklər yapışmayacaq.
Nuş olsun!

Dostlarınla Paylaş

Südlü şokoladlı blinçiklər - Hər növ yemək və şirniyyat reseptleri


Südlü şokoladlı blinçiklər, hər növ yemək və şirniyyat reseptleri, maraqlı, məlumatlar, info, sağlamlıq, mətbəx, qadın dünyası, şirniyyatlar, oxu, reseptlər, xeberler, sağlam ol, xanımlar, sağlam qida, ailə, uşaq, gözəllik, moda, azerbaycan, android, axtar, yeni, Südlü şokoladlı blinçiklər, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 149 nəfər
Tatli.Biz
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021